Programming Intuition

Həyatımız boyu bir çox məlumat əzbərləməli oluruq. Məsələn: riyaziyyatda düstur və qaydalar əzbərləyirik, fizikada qanunlar və düsturlar əzbərləyirik. Bəs axı necə olur ki, bu qaydalar, qanunlar və düsturlar yaranır? Onları da mı icad edən, kəşf edən kəslər qanun əzbərləyərək buna nail olmuşlar? Bəs bu qanunların mənbəyi nədir? Həyatımızın çox vaxtını mənasını bilmədiyimiz qanunları öyrənməyə sərf edirik. Halbuki, onların arxasında duran fəlsəfəni öyrənmiş olsa idik, həm bu qədər qanun əzbərləməzdik, həm də özümüz yeni-yeni qanunlar kəşf edə bilərdik.

Adəm oğlu Allahın onu yer üzündə xəlifəsi qıldığı və hər şeyi onun tabeliyinə verdiyi andan proqramlaşdırmaya başlamışdır.

Programlaşdırma obyekləri və obyektlərə təsir edəcək qüvvələri elə bir ardıcıllıqla düzməkdir ki, bu düzülüş işlədildiyi zaman sizi məqsədinizə götürsün, nəzərdə tutduğunuz şeyi əldə edə biləsiniz.

Programlaşdırmanın əvvəlki mərhələsində təbiətin külək, su, yanacaq kimi makro qüvvələri obyektlərlə birləşdirilərək dəyirman, saat, maşın mexanizmləri yaradılmışdır.

Programlaşdırmanın sonrakı mərhələləri təbiətin mikro və nano qüvvələrinə hökm etməklə baş tutub. Elektrona hökm edərək elektro-mexanizmlər yaradılıb. Kompyuter buna misaldır. Əvvəlki kompyuterlər kodla programlaşdırılmirdı sonrakı nəsil kompyuterlər kodla proqramlaşdırılmağa başladı. Biz proqramlaşdırmanı tədris edirik.

Proqramlaşdırma fəlsəfəsini aşağıdakı proqramlaşdırma dilləri bazasında tədris edirik:
HTML, CSS, XML, XSLT, JSON
JS, PHP, NODE.JS, JAVA, C/C++, ABSTRACT DATA TYPES
DATABASE PHILOSOPHY, ORACLE DATABASE LEVELS
BOOLEAN, PREDICATE LOGIC, DISCRETE MATH, CALCULUS

Dizayn özü vizual proqramlaşdırmadır. Siz əşyaların vizaul keyfiyyətlərinə və onların bir-biriləri ilə qarşılıqlı münasibətinə hökm edərək insanda müəyyən fikir, əhval, düşüncə formalaşdırmağa çalışırsınız. Bu xidmətlərimizə aiddir:
TYPOGRAPHY, CALLIGRAPHY
LAYOUT DESIGN, WEB DESIGN, PAPER DESIGN